Bakıda bu küçələrdə də yol hərəkəti dəyişdiriləcək - FOTO

Bakıda bu küçələrdə də yol hərəkəti dəyişdiriləcək - FOTO

Nəqliyyatın sıxlığı aradan qaldırılacaq

Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qeyd edilən yolayrıcı svetofor vasitəsilə nizamlanacaq. Bununla əlaqədar, kəsişmədə svetofor obyekti quraşdırılıb. Digər zəruri işlər yekunlaşdıqdan sonra svetoforlar işə salınacaq.

Həmçinin oxu: Bakıda daha bir yolda hərəkət dəyişdirildi - SXEM

Dəyişikliklər yolayrıcında pik saatlarda nəqliyyat sıxlığını aradan qaldırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırmasına səbəb olacaq.

Eyni zamanda, kəsişmədə piyadaların təhlükəsiz hərəkəti üçün əlverişli şərait təmin olunacaq.

Bakıda bu küçələrdə də yol hərəkəti dəyişdiriləcək - FOTO, fotoşəkil-1 Bakıda bu küçələrdə də yol hərəkəti dəyişdiriləcək - FOTO, fotoşəkil-2 Bakıda bu küçələrdə də yol hərəkəti dəyişdiriləcək - FOTO, fotoşəkil-3 Bakıda bu küçələrdə də yol hərəkəti dəyişdiriləcək - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı yol hərəkəti dəyişiklik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər