Avtomobillərə ziyan dəyib
Bakıda zəncirvari qəza baş verib.
BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.
Həmin ərazidə 4 avtomobil toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Qəza səbəbindən prospektdə tıxac yaranıb.