Öldürülən Nərminin gündəliyi: “Atam məni sevsəydi…”

"Nərminin atası içki düşkünlüyündən əziyyət çəkir"

Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə əlaqədar internetdə səs yazısını yayan anonim müəllif öz oyununu oynayır.

BakuCity.az xəbər verir ki, bu barədə Oxu.az-a Tovuz rayon polis şöbəsindəki mənbə bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, audioyazı istintaq-əməliyyat qrupuna təhvil verilib.

Həmçinin oxu: Atası Nərmin Quliyevanın yeni şəkillərini paylaşdı - FOTO

İnternetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir. Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.

Polis əməkdaşı isə sosial şəbəkəyə məlumatı ötürməklə anonim şəxsin istintaqı və ictimaiyyəti çaşdırmaq üçün belə bir versiya irəli atdığını deyib.

“Əgər o, həqiqəti bilirsə, onda niyə gizlənir? Deyək ki, polisdə xidmət edən A.A.-nın qohumlarından qorxur. Qoy onda Prokurorluğa müraciət etsin, onda təhlükəsizliyi təmin ediləcək. Onun bu yolla düşmənlərindən qisas almaq istədiyi və buna görə də konkret adlar çəkdiyi istisna edilmir. Anonim şəxsin nə deməsindən asılı olmayaraq, tutulan İlkin Süleymanovun ifadələri işdəki şahidlər tərəfindən təsdiqlənir. Bununla belə, əlbəttə ki, istintaqın vəzifəsi məlumatı yoxlamaqdır”, - deyə polis əməkdaşı bildirib.

Müsahiblə söhbət zamanı istintaqın digər maraqlı detalları da üzə çıxıb. Polis öldürülən Nərminin anasının davranışının bir az çaşqınlıq yaratdığını bildirib:

“Belə görünür ki, ana qızının təhlükəsizliyinə az əhəmiyyət verib. Quliyevin evində cəsəd aşkar edildikdən bir gün sonra kriminalistlər öldürülmüş qızın gündəliyini tapdılar. Orada son cümlələr belərdir: “Atam məni də bacılarım qədər sevsəydi, onda mən xoşbəxt olardım. Böyük bacımın sabah toyu olacaq...”

“Nərminin atası içki düşkünlüyündən əziyyət çəkir. Onun işi bütün günü içmək və yatmaqdır. Qızın anasının da öz qayğıları var. Kəndlilərin danışdıqlarının nə qədər həqiqət olduğunu bilmirəm. Bütün bunlardan isə Nərmin zərər gördü”, - deyə hüquq mühafizəçisi əlavə edib.

Qeyd edək ki, Nərmin elə bu kənddə yaşayan ana nənəsi tərəfindən böyüdülüb.

O da məlumdur ki, İ.Süleymanov etirafı saxlandıqdan üç gün sonra edib. Əməliyyatçılar ona çardaqdakı pərdə üzərində olan qan izləri barədə məlumat veriblər. Deyiblər ki, ekspertiza qanın kimə məxsus olduğunu göstərəcək. İ.Süleymanov da qətli etiraf edib.

Polis əməkdaşının sözlərinə görə, İ.Süleymanova heç bir fiziki təzyiq göstərilməyib. O, tutulan zaman Tovuzda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək çinli nümayəndələri olub, bu səbəbdən heç kim saxlanılan şəxsə görə özünü zərbə altına qoymazdı.

Qeyd edək ki, bu yaxınlarda vəkillər tərəfindən istintaq altında olan şəxsə göstərilən fiziki təzyiq barədə məlumat yayılmışdı.

“İlkin Nərmini bulka ilə qidalandırdığını etiraf edib. Mağazanın satıcısı İlkinə hər gün bir bulka satdığını deməklə onun sözlərini təsdiqləyib. Gündə ancaq bir bulka yeyən uşağın orqanizmi taqətdən düşüb və zəifləyib. Məhbusdan Nərminin niyə qışqırmadığını soruşanda isə o, qızın ilk gün bunu etməyə çalışdığını, sonra isə onu bağlayaraq, ağzına əski qoyduğunu deyib. Sonra qız xəstələnib. Gecə valideynləri yuxuya gedəndə İlkin uşağı ayaqyolu ehtiyacları üçün çölə çıxarırmış. O, ilk əvvəl qızı öldürmək istəmədiyini, ancaq “Səni axtarıram” verilişinə baxandan və uşağın itməsində nənənin və əminin şübhəli bilindiyini anladıqdan sonra ondan yaxa qurtarmağa qərar verdiyini bildirib”, - deyə hüquq mühafizəçisi bildirib.

Eyni zamanda, yayılan səs yazısının Almaniyaya mühacirət etmiş müxalifətçi Qabil Məmmədov tərəfindən edildiyi və saxta olduğu barədə məlumatlar ortaya çıxıb. Bunun nə dərəcədə doğru olduğunu istintaq yoxlayacaq.

Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.

İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...