Arvadını bıçaqlayan sabiq icra başçısının oğlunun sensasion səs yazısı - VİDEO

Arvadını bıçaqlayan sabiq icra başçısının oğlunun sensasion səs yazısı - VİDEO

"Gəlib hamınızı öldürəcəyəm, ya da özünü öldür, qurtar"

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonunda Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.

BakuCity.az xəbər verir ki, Unikal.org Ceyhun Bəhmənovla bıçaqladığı həyat yoldaşı Dilarə Bəhmənovanın hadisədən öncəki telefon danışığını əldə edib.

Həmçinin oxu: Şuşanın sabiq icra başçısının oğlu 22 il əvvəl də nişanlısını bıçaqlamışdı - TƏFƏRRÜAT + VİDEO

Danışıq zamanı C.Bəhmənov həyat yoldaşının cavabını soruşub. Arvadı isə ona övladlarının atalarından qorxduğu üçün onunla yaşamaq istəmədiklərini bildirib:

"Davam odur ki, mən yorulmuşam. Övladlarımız səninlə yaşamaq istəmir. Sən nə təklif edirsən? Mən özümü burada yaxşı hiss edirəm. Yaxşı yatıram, yaxşı yemək yeyirəm. Qadağalar qoyursan, normal həyatımız yoxdur".

C.Bəhmənov həyat yoldaşının sözlərindən sonra deyib: "Gəlib hamınızı öldürəcəyəm. Ya da özünü öldür, qurtar. Sonra gec olacaq. İnanmırsınız?"

BakuCity.az

bıçaqlanma Şuşa icra başçısı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər