Bakıda toy, nişan tortu neçəyə başa gəlir? - QİYMƏTLƏR

Toy, nişan, xınayaxdı və digər şənliklər üçün tortlar

Böyük tədbir və şənliklər üçün menyu diqqətlə seçilir. Ancaq iştahaaçan və isti yeməklərdən sonra ləzzətli tort da vacibdir: toy, nişan, korporativ ziyafət, yübiley və ya başqa tədbirlər olsun, gecənin sonunda qonaqlara həmişə təntənəli şəkildə böyük bir tort təqdim edilir. Bu tortun isə dizaynı nə qədər yaradıcı olarsa, bir o qədər də yaxşıdır.

BakuCity.az müştərilərinə əlamətdar tədbirlər üçün böyük tortların seçimini təklif edən un məmulatları dükanlarının siyahısını təqdim edir.

“Sweet Baku” şirniyyat mağazası müştərilərinə böyük, üç və daha çox pilləli tortlar təklif edir. Desertin dizaynını və bəzəyini istəyinizə uyğun olaraq özünüz seçə bilərsiniz. Sifariş şəhərin istənilən nöqtəsinə çatdırılır.

Əlaqə: (055) 750 53 11

Azza Cake House”da böyük tədbirlər üçün yalnız ikipilləli tort sifariş verə bilərsiniz. Qiyməti əsas desert və onun hazırlayanların sayından asılıdır. Şirniyyatın kataloquna şirkətin istənilən filialında baxa bilərsiniz. Kataloqdan kənar sifarişlər qəbul edilmir, amma istəyinizə uyğun alternativlər təklif olunur. Çatdırılma yoxdur.

Telefon: (012) 310 24 00

“Lola Cake Baku” müştərilərinə hər zövqə görə tortlar təqdim edir. Burada istənilən dizayn, ölçü və pillədə tortlar sifariş edə bilərsiniz. Şirniyyat evinin özü hazır məhsulu taksi ilə istənilən ünvana çatdırır. Ödəniş isə məsafədən asılı olaraq dəyişir.

Telefon: (012) 597 46 54 / (051) 805 74 75

“Janna Qənnadı”da Jannanın hazırladığı marsipan tortlarının xüsusi qiyməti yoxdur. Qənnadı yalnız öz kataloquna görə deyil, həm də müştərilərin seçiminə görə böyük şənliklər üçün tortlar hazırlayır. Müştərilər tərəfindən seçilən dizaynın bütün nüansları razılaşma üçün qənnadı firmasının poçtuna göndərilir. 100 manatdan yuxarı sifariş verəndə şəhər daxilində çatdırılma pulsuzdur. Daha az miqdarda sifarişin çatdırılma qiyməti ünvanından asılı olaraq 4 manatdan yuxarı ola bilər.

Telefon : (012) 493 9950 / (051) 815 0872

“Egoist” şirniyyat məhsulları mağazası da müştərilərin istənilən sifarişini yerinə yetirməyə hazırdır. Şirniyyatın ölçüsü və pillələrin sayı fərq etməz, lazım olan yerə çatdırılma var. Qiymət isə məsafədən asılıdır.

Telefon: (050) 534 55 50 / (012) 497 07 83

Məşhur “Bon Appetit” şirniyyat mağazasında böyük bir tortun qiyməti marsipanın istifadəsindən asılıdır - hər kiloqram üçün 30 manat. Sifariş həm kataloqa, həm də müştərilərin seçiminə əsasən edilə bilər. Çatdırılma yoxdur.

Telefon: (012) 493 74 82  / (051) 536 06 58

Eyni dərəcədə populyar olan “Z-Style” şirniyyatçısı da müştərilərin istəyinə uyğun tortlar hazırlayır. Marsipandan hazırlanmış tortun bir kiloqramı 25 manata başa gəlir. Çatdırılma qiyməti məsafədən asılıdır.

Telefon:(012) 498 22 55

Qiymət cədvəli:

Qənnadı

Qiymət (1 kq)

Çatdırılma

Sweet Baku

18 AZN

---

AzzaCakeHouse

84-94 AZN – ikipilləli tort

---

Lola Cake Baku

30 AZN

Taksi ilə

Janna Qənnadı

19.40 AZN

4 AZN-dən

Egoist

18 AZN

Qiymət məsafədən asılıdır

Bon Appetit

20 AZN

---

Z-Style

15 AZN

Qiymət məsafədən asılıdır

Nuş olsun!

Züleyxa İsmayılova

BakuCity.az

Bakı toy tort
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Virus və soyuqdəymədən necə qorunursunuz? Dünyanı cənginə alan koronavirus epidemiyası can almaqda davam edir. Virus daşıyıcılarının sayı isə durmadan artır. Koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur. BakuCity.az xəbər verir ki, epidemiya qonşu İranı da cənginə alıb və bu ölkədə koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı artmaqda davam edir. Azərbaycanda da onlarla şəxs koron...
Cəmiyyət
Qərargah yaradılıb Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. BakuCity.az-ın məlumatına görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün...
Cəmiyyət
Virus İran vətəndaşında aşkarlanıb Belarusda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. BakuCity.az-ın məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi virusun iranlı tələbədə aşkarlandığını bəyan edib. Həmçinin oxu: Gürcüstanda koronavirus aşkarlanan şəxs azərbaycanlıdır Qeyd olunub ki, fevralın 27-də laboratoriya yoxlamaları zamanı fevralın 22-də Bakıdan aviareyslə Belarusa gələn İran vətəndaşında virus aşkarlanıb. BakuCity.az
Cəmiyyət
Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir Kirayə mənzillərə müraciətin qəbulu və baxılması mərhələli həyata keçiriləcək. Bu barədə BakuCity.az-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd olunub ki, “Elektron ipoteka və kredit zəmanət” sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və...
Siyasət
36 yaralı var Suriya tərəfindən İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı hava hücumu nəticəsində həlak olan türk hərbçilərin sayı 33-ə çatıb. BakuCity.az-ın məlumatına görə, bunu Hatay valisi Rahmi Doğan bildirib. Vali deyib ki, hazırda 36 yaralı hərbçinin müalicəsi davam edir, onların həyatı üçün təhlükə yoxdur. Qeyd edək ki, vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşo...
Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...