Abşeronda yaşayış kompleksində güclü yanğın olub - YENİLƏNİB + VİDEO

Abşeronda yaşayış kompleksində güclü yanğın olub - YENİLƏNİB + VİDEO

"Tüstüdən boğulanlar var"

Abşeron rayonu ərazisindəki "Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın söndürülüb.

BakuCity.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Trend-ə deyib.

Onun sözlərinə görə, hadisə kompleks ərazisindəki 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı mənzildə qeydə alınıb:

"Hadisə nəticəsində mənzilin 2 otağı yanar konstruksiyaları ilə birlikdə yanıb. Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib. Hadisə nəticəsində yanan mənzildən bir qadın xilas edilərək aidiyyəti üzrə təcili yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təhlükəsiz əraziyə təxliyə edilib. Yanğının qarşısı tam alınıb".

15:01

Abşeron rayonunda yerləşən “Cənnət Park" yaşayış kompleksində güclü yanğın baş verib.

Bu barədə BakuCity.az Yeniavaz.com-a istinadən məlumat verir.

Sakinlər yanğın zamanı tüstüdən boğulanların və yananların olduğunu iddia edirlər.

Bildirilir ki, yanğın nəticəsində ölən və yaralananlar var.

BakuCity.az

Abşeron bina yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər