Bakı aeroportunda koreyalıdan 65 mobil telefon götürülüb - FOTO

Bakı aeroportunda koreyalıdan 65 mobil telefon götürülüb - FOTO

Külli miqdarda mobil telefonlar aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd "İphone", 1 ədəd "Huawei", 49 ədəd "Samsung" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bakı aeroportunda koreyalıdan 65 mobil telefon götürülüb - FOTO, fotoşəkil-1

BakuCity.az

hava limanı Koreya mobil telefon
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər