Əməkdar jurnalistin vəsiqəsini oğurlayan “Doqquzbarmaq Adil” saxlanıldı - FOTO

Əməkdar jurnalistin vəsiqəsini oğurlayan “Doqquzbarmaq Adil” saxlanıldı - FOTO

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-i saat 18:45 radələrində Nəsimi rayonu, "Bülbül" prospekti, 18 ünvanında yerləşən "Bravo" marketində Bakı şəhər sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü, Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.

İdarənin Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunaraq götürülüb.

Həmçinin oxu: Bakıda redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb

"Həmin telefonların tərəfimizdən zərərçəkmişə qaytarılması təmin olunacaq.

Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur, “Doqquzbarmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkmiş varsa, bizi məlumatlanıdmağı tövsiyə edirik".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan tanınmış jurnalist, "Xalq qəzeti"nin əməkdaşı Tahir Aydınoğludur.

Əməkdar jurnalistin vəsiqəsini oğurlayan “Doqquzbarmaq Adil” saxlanıldı - FOTO, fotoşəkil-1

BakuCity.az

Bakı jurnalist oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər