2020-ci ildə təmir ediləcək yolların siyahısı açıqlandı

2020-ci ildə təmir ediləcək yolların siyahısı açıqlandı

Ötən il paytaxtda ümumi uzunluğu 301.5 km yol təmir olunub

2020-ci ildə Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30 km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.

Bundan əlavə, dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır:

- Xəzər – 34.4 km;
- Xətai – 23.8 km;
- Binəqədi – 16.1 km;
- Qaradağ – 15.45 km;
- Nərimanov – 9.15 km;
- Nizami – 4 km;
- Nəsimi – 8.27 km;
- Sabunçu – 22.54 km;
- Sabail – 8.79 km;
- Suraxanı – 17.94 km;
- Yasamal – 7.13 km;
- Pirallahı – 4 km.

2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km olan küçə və prospektlər, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.

BakuCity.az

Bakı yol təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər