Bakıda qardaş doğma bacısının boğazını ülgüclə kəsdi

Bakıda qardaş doğma bacısının boğazını ülgüclə kəsdi

Polisə təslim olub

Bakıda qardaş qısqanclıq zəminində bacısını qətlə yetirib.

BakuCity.az xəbər verir ki, hadisə Nəsimi rayonu H.Əliyev küçəsi, 12, mənzil 26 ünvanında qeydə alınıb.

Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib.

S.Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BakuCity.az

Bakı qardaş bacı adam öldürmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər