Bakı aeroportunda hər 10 təyyarədən 3-ü gecikmə ilə uçur - SİYAHI

Bakı aeroportunda hər 10 təyyarədən 3-ü gecikmə ilə uçur - SİYAHI

Aeroport 32 sərnişin aviaşirkətinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Hava Limanı 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini açıqlayıb.

BakuCity.az xəbər verir ki, reytinqə əsasən, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən "China Southern" (Çin) və "Ural Hava Yolları" (Rusiya) 100% punktuallıq göstəriblər.

“Aeroflot”, “Etihad Airways” və “Turkish Airlines” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetiriblər. “Kuwait Airways” (88,9%), “UIA” (88,2%),  “Nordwind” (87,5%) və “Iraqi Airways” (85,7%) aviaşirkətləri də yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Bakı aeroportunda hər 10 təyyarədən 3-ü gecikmə ilə uçur - SİYAHI, fotoşəkil-1

BakuCity.az

Heydər Əliyev Beynəlxalq Hava Limanı uçuşlar reytinq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər