Külək şiddətlənəcək, dalğaların hündürlüyü 9 metrə çatacaq - XƏBƏRDARLIQ

Güclü külək 38-40 metr saniyəyədək şiddətlənəcək

Dənizdə külək şiddətlənəcək, dalğaların hündürlüyü 9 metrə çatacaq.

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov BakuCity.az-a bildirib ki, agentliyin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub:

"Xəbərdarlıqda bildirilir ki, dəniz akvatoriyasında fevralın 8-i axşamdan 10-u gündüzədək şimal-qərb, şimal küləyinin sürəti 20-25 metr saniyədən arabir 30-35 metr saniyəyədək güclənəcək. Güclü külək fevralın 9-da açıq dənizdə arabir 38-40 metr saniyəyədək şiddətlənəcək. Dalğanın hündürlüyünün 3-5 metrdən 7-9 metrə çatacacağı və daha çox olacağı proqnozlaşdırılır".

O qeyd edib ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib:

"Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək. Vurğulamaq istərdik ki, Milli Mərkəz təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər siğinacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə olunacaq.

Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görüləcək".

T.Müseyibov əlavə edib ki, bu gün, həmçinin dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb.

BakuCity.az

Dövlət Dəniz Agentliyi külək dalğa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
"Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpışır. Mənim həyat yoldaşım da orda işləyir və kosmonavtlar kimi skofandr geyinirlər”. BakuCity.az xəbər verir ki, bunu Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R. Mahmudov koronavirus xəstələriylə işləyən həkimlərin maaşlarının verilməməsinə etirazını bildirib: “TƏBİB həkimlərin çoxunun əmək haqqısını verməyib. Bu gün koronavirus xəstələriylə işləyən həkimlərimiz ölümlə çarpış...
Cəmiyyət
Azərbaycanda koronavirusa 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər sağalıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.  COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3787-dir. ...
Cəmiyyət
Paytaxtdakı çimərliklər fəaliyyətə başlayıb. Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilmiş qruplar tərəfindən paytaxtın rayonlarındakı bütün ictimai...
Cəmiyyət
Sosial şəbəkələrdə ən çox müzakirələrə səbəb olan paytaxt binası. Bakının Günəşli qəsəbəsində illərdir sakinlərin yaşadığı binanın üzərində yenidən əlavə mərtəbənin tikilməsi ictimai müzakirələrə səbəb olub. Həmin binada yaşayan bir neçə sakin də bundan narazılığını bildirib. BakuCity.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə gedərək məsələ ilə bağlı tikinti işlərini aparan şirkətdən münasibət öyrənib. Tikintini həyata keçirən "A.R.&Ko"...
Cəmiyyət
Sosial şəbəkələrdə video yayan həkim cəzalandırılıb. Qazax rayon Təcili Tibbi Yardım Xidmətinin həkimi sosial şəbəkələrdə video yayaraq, Təcili Yardım binasının yararsız vəziyyətdə olması ilə bağlı iddialar səsləndirib. Sözügedən hadisədən sonra həkimin TƏBİB tərəfindən şiddətli töhmət alması ilə bağlı məlumat yayılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva faktı təsdiqləyib. “Qazax RMX-nın məluma...
Ekologiya
Bakıda 6 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  27-31, Bakıda  gecə 22-24, gündüz  28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi norma...
Cəmiyyət
Şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçənin ünvan lövhələri hazırdır. BakuCity.az xəbər verir ki, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdə adının veriləcəyi küçə yaxın vaxtda müəyyənləşdiriləcək. Bununla bağlı müzakirələr yekunlaşmaq üzrədir. Həmçinin oxu: General-mayor Həşimov Polad şəhid olub Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrindən birinə onun adının verilməsi...
Cəmiyyət
Karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib. BakuCity.az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin struktur qurumlarının nümayəndələrindən təşkil edilən qruplar tərəfindən paytaxtı  rayonlarındakı bütün ictimai və özəl çimərliklərə, istirahət mərkəzlərinə baxışlar keçirilib, çimərliklərə şəhər və rayon icra qurumlarının nümayəndələrindən məsul şəxslər t...
Cəmiyyət
Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək m...