Attestat almaq istəyənlərin NƏZƏRİNƏ

Attestat almaq istəyənlərin NƏZƏRİNƏ

Eksternlər üçün yekun imtahanlar olacaq

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər üçün yekun qiymətləndirmə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların I mərhələsi 29 mart, II mərhələsi isə 5 iyul tarixlərində olacaq.

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan 26 aprel tarixində keçiriləcək.

BakuCity.az

attestat imtahan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər