Ailəsinə təhvil verildi
Bakıda itkin düşən qız tapılıb.
BakuCity.az APA-ya istinadən xəbər verir ki, Hövsan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Aytac Cəlilova yanvarın 30-da yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Bu barədə onun ailə üzvləri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinə məlumat veriblər.
Daxil olan məlumat əsasında keçirilən müvafiq araşdırmalar nəticəsində A.Cəlilova tapılaraq ailəsinə təhvil verilib.
BakuCity.az