KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO

KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO

Sürücü zərbənin təsirindən hadisə yerində keçinib

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. O, zərbənin təsirindən hadisə yerində keçinib.

Sərnişin - Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb. O, xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Fakt araşdırılır.

KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO, fotoşəkil-1 KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO, fotoşəkil-2 KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO, fotoşəkil-3 KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO, fotoşəkil-4 KİA yoldan çıxıb betona çırpıldı, sürücü hadisə yerindəcə öldü - FOTO, fotoşəkil-5

BakuCity.az

KİA yol qəzası ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər