Araşdırma aparılır
Bakıda aptek müdirinin meyiti asılmış vəziyyətdə iş yerində tapılıb.
BakuCity.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən apteklərdən birdə asılmış kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin aptekin sahibi, 1971-ci il təvəllüdlü Həsənov Sənan Əmrah oğlu olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
BakuCity.az