Bakıda avtobusların hərəkəti dəyişdirildi - SXEM

Bakıda avtobusların hərəkəti dəyişdirildi - SXEM

Avtobuslar yeni sxem üzrə hərəkət edəcəklər

Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verib.

Məlumata görə, Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib:

Marşrut № 18 və 65 

20 Yanvar m.st - 9-cu mikrorayon istiqamətində: Moskva pr. – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

Marşrut № 135

BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

Marşrut № 170

Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə

“Memar Əcəmi” m.st - Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə

Marşrut № 193

4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. - S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə

Lökbatan NMM - 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. - Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə hərəkət edəcəklər.

Bakıda avtobusların hərəkəti dəyişdirildi - SXEM, fotoşəkil-1 Bakıda avtobusların hərəkəti dəyişdirildi - SXEM, fotoşəkil-2

BakyCity.az

Bakı Nəqliyyat Agentliyi avtobuslar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər