K.Musavi qeyri-etik ifadələrə yol verib
"Ötən gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq".
BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Həmçinin oxu: Fəzail Ağamalı ilə Kamil Musavi arasında gərginlik: "Heç kim qorxmasın!" - VİDEO
Xatırladaq ki, Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədlər - Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə Kamil Musavi arasında gərginlik yaranıb. Bir qrup insan seçicilərlə görüşdən çıxan F.Ağamalıya etiraz edib. Yaranmış vəziyyət F.Ağamalının avtomobilinə minərək ərazidən uzaqlaşması ilə nəticələnib. Patiya sədri məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət ünvanlayıb.
Qeyd edək ki, K.Musavi insanların qarşısında müraciəti zamanı qeyri-etik ifadələrə yol verib.