Türkan sakinləri yolları keçmək üçün iki ayaqqabı dəyişirlər - VİDEO

Türkan sakinləri yolları keçmək üçün iki ayaqqabı dəyişirlər - VİDEO

Ərazidə kifayət qədər insan yaşayır

Xəzər rayonu Türkan qəsəbəsində yollar bərbad vəziyyətdədir.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri sosial şəbəkədə video paylaşıblar.

Video Xəzər rayonu Türkan qəsəbəsinin "Üzümçülük sovxozu" adlanan ərazisində lentə alınıb. Ərazidə yaşayan sakinlər Xəzər Rayon İcra Hakimiyyətindən yolların abadlaşdırılması məsələsində müraciətlərinə baxılmasını xahiş edirlər:

“Yollar çox bərbad vəziyyətdədir. Yağış yağanda yollarda iri gölməçələr əmələ gəlir. İnsanlar bu yollardan istifadə edə bilmir. Sakinlər hətta bəzən evdən çıxanda iki cüt ayaqqabı götürürlər. Palçıqlı yolları keçib asfalt yola çıxanda ayaqqabılarını dəyişirlər. Ərazidə kifayət qədər insan yaşayır. Qəsəbənin bir hissəsində asfalt örtüyünün salınması işlərinə artıq başlanılıb. Xahiş edirik ki, bizim yollara da asfalt örtüyü çəkilsin”.

Həmçinin oxu: Bakıda daha bir başıbəlalı yol: İcra Hakimiyyəti boynundan atır

Xatırladaq ki, Azərbaycan Prezidentinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin icrasına başlanılıb.

Vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə "Üzümçülük sovxozu" ərazisində yol infrastrukturunun yenidən qurulması məqsədilə ümumi uzunluğu 2200 metr olan yolun 450 metr hissəsinə asfalt örtüyü salınıb. 

BakuCity.az

Türkan yol şikayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər