Bakı metrosunun yeni vaqonları təmir olunur - FOTO

60 yeni tipli vaqonun alınması nəzərdə tutulub

"Bakı Metropoliteni" QSC-də 5 ilə yaxındır istismarda olan 81-760.B/761.B/763.B tipli yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb.

Qurumdan BakuCity.az-a verilən məlumata görə, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, vaqonların istehsalçısı olan Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş" müəssisəsinin nəzdində fəaliyyət göstərən "Metrovaqonmaş-Servis" Birliyi bu mühüm dövri təmir işlərini yerinə yetirir.

Ümumiyyətlə, bütün nəqliyyat vasitələrində olduğu kimi, metro qatarlarının da texniki baxışı, qulluğu və təmiri, əsasən, qət olunan məsafələrə görə təmin edilir. Bu, hər bir nəsil qatar üçün istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş və qaçılmaz texniki-istismar tələbidir. Sərnişin təhlükəsizliyi, eləcə də qatarların saz vəziyyətdə saxlanması baxımından metropolitendə qeyd-şərtsiz bu tələblərə əməl olunmalıdır. Bu səbəbdən 2015-ci ilin may ayından metropolitenin Qırmızı xətti üzrə hərəkət edən qatarlar, texniki-istismar qaydalarına və qət edilən məsafəyə uyğun olaraq, texniki qulluq və təmir işlərinə cəlb ediliblər.

Hazırda şirkətin 17 nəfərdən ibarət mütəxəssis qrupu "Nərimanov" elektrik deposunda təmir işlərini aparır. Qrupa ümumi işlərə rəhbərlik edən böyük usta, mühəndislər, ustalar, həmçinin elektrik, mexaniki və pnevmatika avadanlıqları üzrə digər mütəxəssislər cəlb olunub.

Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də bu işlərin yekununda sınaqları daxildir.

Bağlanılmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş-Servis" təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji prosesləri ilə yanaşı sazlama işlərinin yerinə yetirilməsini təmin etməlidir.

Bakı Metropolitenində müasir tipli qatarların sayı ildən-ilə artmaqdadır. Metropoliten xətlərində hazırda texnoloji innovasiyalar baxımından sonuncu nəslə mənsub 11 qatar hərəkət edir. 2020-ci il ərzində istismardan çıxarılacaq vaqonların əvəzinə daha 4 qatar tərkibini formalaşdıran 20 vaqon alınacaq. Ümumən ötən il "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, yaxın üç il ərzində istismardan çıxarılacaq vaqonların əvəzinə 12 qatar tərkibini formalaşdıracaq 60 yeni tipli vaqonun alınması nəzərdə tutulub.

Bütün bunları nəzərə alaraq, həmin qatarların təmirini yerli kadrların yerinə yetirməsi mühüm məsələdir. Qaldırma təmiri ilə əlaqədar istehsalçı şirkətlə bağlanmış müqavilənin ən mühüm cəhəti yerli təmirçi kadrların hazırlanmasını nəzərdə tutmasıdır. Tədris prosesinə vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir.

Bununla əlaqədar ilkin hazırlıq tədbirləri əvvəlcədən görülüb. Qaldırma təmiri ilə əlaqədar istehsalçı müəssisənin aparıcı mütəxəssisi Bakı metropoliteninə ezam olunaraq, tədris prosesinə cəlb edilib. Onun rəhbərliyi ilə 35 nəfərdən ibarət işçi qrupunun nəzəri bilikləri mənimsəməsi təmin olunub. Məhz bu kadrlar hazırkı təmir prosesi zamanı əyani praktiki biliklərə də yiyələnərək, rusiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparır və gələcəkdə yeni mütəxəssislərin yetişdirilməsində də fəal iştirak edəcəklər.

BakuCity.az

Bakı metrosu yeni vaqonlar təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...