Yalnız hazır sənədlər veriləcək
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə BakuCity.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin gün “ASAN xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.
BakuCity.az