Bakıda həkimin intihar etməsinin səbəbi bilindi - FOTO

Bakıda həkimin intihar etməsinin səbəbi bilindi - FOTO

Depressiyaya düşüb

Bakıda aptek sahibi, həkim Sənan Həsənovun intiharının səbəbi məlum olub.

BakuCity.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, 49 yaşlı S.Həsənov bu gün Yasamal rayonunda yerləşən özünə məxsus aptekdə dərman içərək intihar edib.

Məlumata əsasən, S.Həsənovun dərman biznesi ilə bağlı çoxlu borcu yaranıb və son vaxtlar pulu qaytara bilmədiyi üçün depressiyaya düşüb. İlkin ehtimala görə, S.Həsənov bu səbəbdən intihar edib.

O, son paylaşımlarından birində jurnalist İbrahim Nəbioğlunun xoşbəxtliklə bağlı məqaləsini paylaşaraq "Nə xoşbəxtdir ki, bu məqalədə qeyd edilən təki xoşbəxt olmaq. Oxuyun, xoşbəxt olun, zaman gedir”, - deyə qeyd edib.

Bakıda həkimin intihar etməsinin səbəbi bilindi - FOTO, fotoşəkil-1 Bakıda həkimin intihar etməsinin səbəbi bilindi - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı həkim intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər