14 fevralda 101 qızılgül sürprizi neçəyə başa gələcək? - QİYMƏTLƏR

“Sevgililər günü”nə özəl qiymətlər

14 fevral – “Sevgililər günü”nə cəmi bir həftə qalıb. Hər il bu tarixi bir-birinə ən özəl və romantik hədiyyələr almaq həvəsi ilə gözləyən cütlüklər var. Bu günü xüsusi həyəcanla gözləyən xanımlar arasında xəyalında böyük və möhtəşəm gül buketi olanlar da var. Bu, bəzən gülə olan sevgidən, bəzən də qarşı tərəfin nə dərəcədə romantik olmasını öyrənmək istəyindən irəli gəlir. Artıq ənənəyə çevrilən bu buketlərdən biri də 101 ədəd qızılgüldən ibarət möhdəşəm buketlərdir.

BakuCity.az paytaxtda fəaliyyət göstərən gül dükanlarında 14 fevral tarixinə özəl qiymətlərlə maraqlanıb.

“Floreal Flower Bar”

Dükandan bildirilib ki, “Sevgililər günü”nə özəl olaraq həmin gündən öncə sifariş verən hər kəs üçün 15% endirim olunacaq. Bu zaman müştərilər 35 manatdan başlayaraq istənilən gül buketlərini, həmçinin 101 qızılgül buketini endirimlə əldə edəcəklər. Qırmızı və ağ qızılgüllərin sadə və pionabənzər növləri (101 ədəd) 510-600 AZN, sarı (şaftalı sarısı) qızılgülün sadə və pionabənzər növü isə endirimlə 600-700 azn təşkil edəcək.

Dükan 49,99 manatdan çox olan sifarişlər üçün şəhər daxilində pulsuz çatdırılma xidməti də təklif edir. 

Ünvan: Ceyhunbəy Hacıbəyli, 133
Telefon: +994 55 335 55 25

“Peony Baku”

“Peony Baku”dan saytımıza deyilib ki, builki “Sevgililər günü”ndə də qiymətlər güllərin növünə görə dəyişəcək. Əgər indi ödəniş etsəniz, o zaman bütün rəng və növlərdə 101 qızılgül buketini hazırkı qiymətə, yəni 450 manata alacaqsınız.

Mağazada endirim kampaniyaları da gözlənilir. Sifarişin çatdırılması pulsuzdur.

Ünvan: Mehdi Hüseyn, 71
Telefon: +994 50 211 16 71  

“Gül Satan Oğlan”

Onlayn dükandan (guldukani.az) bildirilib ki, burada xarici və yerli gül sortlarının sifarişi 50 manatdan başlayır. Hazırda rəngindən və sortundan asılı olaraq 101 qızılgül buketləri 240-280 manat arasında dəyişir. “Sevgililər günü”ndə isə qiymətlər nisbətən bahalaşacaq.

Buna baxmayaraq, alıcıların istəyini nəzərə alaraq “Gül Satan Oğlan” 370-380 AZN arasında qiymətlərlə təzə qızılgüllərdən ibarət 101 ədədlik buket hazırlaya bilər. Şəhərin mərkəzi yerlərinə çatdırılma pulsuzdur.

Telefon: +994 55 698 68 63

“Winnie`s Flowers”

Gül salonundan verilən məlumata görə, burada güllərə adi günlərdə həmişə endirim edilir, 14 fevralda isə güllərin qiymətində artım olmadığına görə endirim də edilməyəcək: qırmızı, ağ və sarı rəngli yerli qızılgüllərdən 101 ədədlik buketlər 270, eyni rənglərdə xarici (pionabənzər) sortların qiyməti isə 400 manat olacaq. Şəhərdaxili çatdırılma pulsuzdur. 

Ünvan: Səid Rüstəmov, 10
"WhatsApp": +994 55 980 50 05 / +994 51 940 52 13

“Flowers of Baku”

Mağazada “Sevgililər günü”nə özəl olaraq ağ, qırmızı və sarı qızılgüllərin sadə sortları müvafiq olaraq 300, 400 və 450 manata satılacaq. Şəhərdaxili 60 AZN-dən yuxarı sifariş olduqda, bayram günləri xaric, çatdırılma pulsuzdur. Sabit çatdırılma haqqı 5, Bakının ətraf qəsəbələrinə isə 10-15 AZN təşkil edir. 

Ünvan: Puşkin küçəsi, 11
Telefon: +994 50 600 11 33

“Deniz Flowers Baku”

Şəhərin mərkəzi küçələrindən birində yerləşən bu dükanda hazırda bütün növ yerli və xarici qızılgüllərin bir ədədinin qiyməti 3-5 manatdır. 101 ədədlik qızılgül buketləri isə 260 manata satılır. 14 fevralda qiymətlər bahalaşacaq, amma alıcılara sürpriz endirimlər də ediləcək. Çatdırılma pulsuzdur.

Ünvan: Əhməd Cavad, 14
Telefon: +994 50 340 45 55

Ramilə Qardaşxanqızı

BakuCity.az

Sevgililər günü qızılgül gül dükanları qiymət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...