MSK daha bir nəfərin namizədliyini ləğv etdi

MSK daha bir nəfərin namizədliyini ləğv etdi

Müraciətin doğru olduğu sübuta yetirilib

Məzahir Səfər oğlu Şahvələdovun deputatlığa namizədliyi ləğv edilib.

BakuCity.az-ın məlumatına görə, məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilən iclasında müzakirə edilib.

Komissiyanın katibi Arifə Muxtarova deyib ki, 86 saylı İsmayıllı seçki dairəsinin sədri tərəfindən M.Şahvələdovun ikili vətəndaşlığı olması barədə müraciət daxil olub. Müraciətlə bağlı MSK tərəfindən yoxlamalar aparılıb və məlum olub ki, həmin namizədin Rusiya vətəndaşlığı da var.

Məsələ müzakirəyə qoyulub, M.Şahvələdovun namizədliyi ləğv edilib.

BakuCity.az

MSK deputatlığa namizədlik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər