Bakı taksilərində gecə və gündüz fərqli qiymətlər tətbiq oluna bilər - VİDEO

"Gecə ayrı qiymətin tətbiq olunması düzgün deyil"

Azərbaycanda şəxsi taksi fəaliyyəti ilə məşğul olanlarla yanaşı, bu işlə məşğul olan şirkətlər də kifayət qədərdir.

BakuCity.az Baku TV-yə istinadən xəbər verir ki, bəzən daha çox müştəri qazanmaq üçün bu şirkətlər fərqli qiymətlər təklif edirlər. Lakin artıq Bakı taksilərində vahid qiymət tətbiq olunacaq. Bir müddətdir ki, ölkədə fəaliyyət göstərən bütün taksi xidmətlərinin vahid tarifdə fəaliyyət göstərəcəyi haqqında müzakirələr gedir.

Taksi fəaliyyətindəki pərakəndəliyə son qoymaq məqsədilə nəzərdə tutulan gecə və gündüz tarifi üçün taksometrlər qoyulacaq və onlardakı tətbiqetmələr vasitəsilə taksilərə nəzarət etmək mümkün olacaq.

Həmçinin oxu: Tıxac, sıxlıq, təhlükə: "Manatlıq taksi" problemi nə vaxt həll olunacaq? - FOTO + VİDEO

Bundan razı qalanlarla yanaşı, narazı olanlar da var. Sürücülər deyir ki, şirkət taksiləri Pirşağıya üç manata aparır. Ancaq “Koroğlu” metro stansiyası yaxınlığındakı taksilər iki manata aparır. Gecə ayrı qiymətin tətbiq olunması düzgün deyil. Məsafə eyni məsafədir. Bakıda indi kasib təbəqə hamısı ən ucuz taksi xidmətindən istifadə edir.

Təklifə qarşı çıxanlar iddia edirlər ki, vahid qiymət siyasətinin tətbiq edilməsi bazar iqtisadiyyatının qanunlarına uyğun deyil. Onların fikrincə, belə bir qərar taksi xidmətindəki sağlam rəqabət mühitinə xələl gətirəcək, vətəndaşlara ucuz xidmət göstərən taksilərin işinə maneə yaradacaq.

Ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycanda təxminən 10 il bundan öncə taksidən istifadədə vahid tarif müəyyən olunsa da, sonradan bu, müxtəlif mülahizələrə yol açması, gediş haqqına nəzarətin mümkünsüzlüyü və digər səbəblərdən qüvvədən düşüb. Çünki taksi kimi fəaliyyət göstərən avtomobillərin komfortluğu, təhlükəsizlik səviyyəsi müxtəlifdir. Müştəri kimi taksi xidmətindən istifadə edənin də seçimindən çox şey asılıdır. Misal üçün, müştəri müasir tələblərə cavab verən, rahat, yaxud da sovet dövründən qalma, yalnız köhnə standartlara cavab verən avtomobilin taksi xidmətindən yararlana bilər. Bu, müştərinin öz seçimidir. Bu kimi bir sıra səbəblərdən taksi xidməti sistemində vahid qiymətin tətbiqinin özünü nə qədər doğruldacağı sual altındadır.

Ekspert bildirir ki, elə bir təklif var ki, gecə və günduz fərqli qiymətlər tətbiq ediləcək. Çünki elə indi də bəzən pik saatlarda sürücülər tıxaca görə sifarişdən imtina edir. Ona görə axşam saatlarında qiyməti artırmaq məcburiyyətində qalırlar. Əslində bu proses indi də var. Şəxsi taksi xidməti göstərən standartlara cavab verdikdən sonra qeydiyyatdan keçib fərqlənmə nişanı ala biləcəksə, yalnız onların avtomobillərində taksometrlər quraşdırılacaq, kilometraja görə də qiymət tətbiq ediləcək.

BakuCity.az

Bakı taksi tariflər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Metronun Qara Qarayev stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaşanıb. BakuCity.az xəbər verir ki, stansiyada baş verən mübahisə zamanı çəkilən görüntülər sosial şəbəkədə yayılıb.   Kadrlardan da göründüyü kimi iki polis əməkdaşı hansısa qayda pozuntusu səbəbindən vətəndaşı vaqondan çıxarmağa çalışır. Ancaq qatarda olan digər sərnişinlər bunun qarşısını alır və polisləri vaqondan çıxarırlar. BakuCity.az
İdman
"Neftçi" ilə müqavilənin müddətini uzadan kapitan Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb. BakuCity.az həmin müsahibəni təqdim edir. - Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiniz? - Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətli müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim. - "Neftçi” bu gün məşqləri...
Cəmiyyət
“Bu, ölümlə həyat arasında mücadilədir” Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, reportajın məqsədi vəziyyətin ciddiliyini yoluxmuş şəxslərin öz dilindən təqdim etməkdir. Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib: “Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə...
Cəmiyyət
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən videoreportaj hazırlanıb. Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayır...
Cəmiyyət
İyun ayında iki bayramın olması istirahət günlərinin sayını artırıb. BakuCity.az xəbər verir ki, bu ay ilk olaraq 15 İyun - Milli Qurtuluş Gününü qeyd edəcəyik. Daha sonra isə 26 İyun - Silahlı Qüvvələr Günüdür. Beləliklə, iyun ayı şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 10, 6 günlük iş həftəsində çalışanlar üçün isə 6 gün qeyri-iş günü olacaq. BakuCity.az
İdman
"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb. BakuCity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək. Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb. Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. BakuCity.az
Cəmiyyət
Karantin rejimi yenidən sərtləşdirilə bilər. ”Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır. Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır”. BakuCity.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib. İ.Ağayev bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma...
Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...