Bakıda iki avtomobil toqquşub, yaralılar var - FOTO + VİDEO

Bakıda iki avtomobil toqquşub, yaralılar var - FOTO + VİDEO

Sürücülər xəsarət alıb

Bakının Nərimanov rayonunda iki nəqliyyat vasitəsi toqquşub.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Aşıq Molla Cümə və Fətəli Xan Xoyski küçələrinin kəsişməsində baş verib.

Həmçinin oxu: Bakıda 4 avtomobil toqquşdu, tıxac yarandı - FOTO + VİDEO

"Lada" markalı nəqliyyat vasitəsi əks istiqamətli yolda gələrkən Fətəli Xan Xoyski küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Avtomobillər isə deformasiyaya uğrayıb.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, "Lada" markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

BakuCity.az

Bakı yol qəzası avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər