Bakıda itkin düşən 3 nəfər tapıldı

Bakıda itkin düşən 3 nəfər tapıldı

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən BakuCity.az-a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı qalan cinayət olub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

BakuCity.az

Bakı itkin düşən şəxslər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər