Bakıda qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib - XƏBƏRDARLIQ

Bakıda qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib - XƏBƏRDARLIQ

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilir

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına müraciət edərək bildirir ki, gecədən başlayaraq hava şəraiti kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

BakuCity.az xəbər verir ki, bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edilib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.

BakuCity.az

Bakı qar xüsusi texnika
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər