Maştağada silahlı şəxs saxlanılıb - FOTO

Maştağada silahlı şəxs saxlanılıb - FOTO

Silah-sursatın ona məxsus olduğunu etiraf edib

Bakıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub.

Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus  patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib.

Maştağada silahlı şəxs saxlanılıb - FOTO, fotoşəkil-1 Maştağada silahlı şəxs saxlanılıb - FOTO, fotoşəkil-2

BakuCity.az

Maştağa silahlı şəxs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər