Azərbaycanda yeni turizm kompleksi tikiləcək

Azərbaycan vulkanların sayına görə dünyanın ən unikal yerlərindən biridir

Azərbaycanda Palçıq Vulkanı Kompleksinin tikintisinə bu il başlamaq planlaşdırılır.

BakuCity.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə Trend-ə deyib.

Onun sözlərinə görə, kompleks Qobustan şəhərindən təxminən 22 km-lik məsafədə yerləşən Ərzani palçıq vulkanları sahəsində yaradılacaq. Prezident İlham Əliyevin tapşıırğı ilə Agentlik tərəfindən palçıq vulkanları ərazisində turizm kompleksinin yaradılması konsepsiyası artıq hazırlanıb.

Agentlik rəsmisi qeyd edib ki, Qobustan şəhərindən həmin kompleksin yerləşəcəyi əraziyə yol çəkiləcək və orada müvafiq infrastruktur qurulacaq. Turistlər üçün kompleksdə əyləncə, istirahət, muzey, gəzinti üçün də yerlər yaradılacaq.

Azərbaycanın vulkanların sayına görə dünyanın ən unikal ərazilərindən biri olduğunu deyən K.Quluzadə Azərbaycanın turizm potensialı təqdim edilərkən burada palçıq vulkanlarının mövcudluğu xüsusilə vurğulanır:

“Agentlik tərəfindən mütəmadi olaraq turistlər üçün vulkanlarla bağlı təbliğat aparılır. Biz təbliğatımızda Azərbaycanın xüsusi özəl ərazi olduğunu nəzərə çatdırarkən, burada çox sayda palçıq vulkanlarının olduğunu xüsusi şəkildə vurğulayırıq. Amma palçıq vulkanları ilə bağlı ölkəmizdə infrastruktur yoxdur. İndi Prezident İlham Əliyevin tapşırığı ilə bu istiqamətdə işlər görüləcək, vulkan kompleksi tikiləcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda palçıq vulkanları məsələsinə də toxunub:

"Bizim palçıq vulkanlarımız var. Amma oraya heç yol da yoxdur. Hətta yol olsa belə, oraya gedib bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik".

Artıq Dövlət Turizm Agentliyi Ərzani palçıq vulkanı sahəsində elmi-tədqiqatların aparılması, lazımi məlumat və təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna müraciət edib.

Ərzani vulkanı bir sırada düzülmüş üç sopka qrupundan ibarәtdir. Vulkanın tәpәli zirvәsi dik yamac әmәlә gәtirir. Vulkanın orta hissәsindәn Şirqobu çayı axır. Morfoloji әlamәtlәrinә görә 3 qrupa bölünür. Fәaliyyәtdә olan sopka, salz vә qrifonlardan qaz, su, neftli palçıq ayrılır. Sopka brekçiyasının hәcmi 1320 milyon kub metr, yayıldığı sahә 1757 hektar, qalınlığı 75-80 m-ә bәrabәrdir.

BakuCity.az

palçıq vulkanı turizm kompleksi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...