Hövsanda evdə ocaq yandıranlar xəstəxanaya yerləşdirildi

Hövsanda evdə ocaq yandıranlar xəstəxanaya yerləşdirildi

Ruhi-əsəb xəstələridir

Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birindən polisə daxil olan müraciət həll olunaraq, vətəndaşları narahat edən hallar tam olaraq aradan qaldırılıb.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, Hövsan qəsəbəsində Hafiz Quliyev küçəsində olan yaşayış binalarından birində yaşayan ruhi-əsəb xəstələri sakinləri narahat etməklə, yaşayış binasında zaman-zaman evin içərisində ocaq yandırmaqla yemək bişirilməsi, antisanitariya və gigiyena normalarına əməl etmədən çox acınacaqlı və təhlükəli vəziyyət yaradıblar. İllərdir yaranan, müşkülə çevrilən bu problemin həlli üzrə edilən bütün müraciətlər müvafiq orqanlar tərəfindən cavabsız qalıb, onları hər təşkilat digər dövlət qurumuna yönəldib.

Çıxış yolunu Daxili İşlər Nazirliyinə müraciət etməkdə görən vətəndaşların narahat edən bu problem bir günün içərisində həll olunaraq, sakinləri qayğılandıran hallar tam aradan qaldırılıb. Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən dərhal ünvana baxış keçirilib, həmin qadınların müvafiq sənədləri olmadığı aşkarlanıb. Zəruri olan sənədlər dərhal hazırlanaraq onların xəstəxanaya yerləşdirilməsi təmin olunub.

BakuCity.az

Hövsan xəstəxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər