Azərbaycan təyyarəsi Rusiyada məcburi eniş etdi

Azərbaycan təyyarəsi Rusiyada məcburi eniş etdi

Uğurlu eniş edib

“Azərbaycan Hava Yolları” QSC-nin aşağı büdcəli törəməsi – “Buta Airways”ın şirkətinin Gəncə-Moskva reysini yerinə yetirən təyyarəsi məcburi eniş edib.

Şirkətdən BakuCity.az-a verilən məlumata görə, sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq "Buta Airways"in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb.

Reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib.

Sərnişinə tibbi kömək göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

BakuCity.az

Azərbaycan təyyarəsi Rusiya məcburi eniş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər