Vilayət Eyvazovdan Ramil Usubovun oğlunun yerinə TƏYİNAT

Vilayət Eyvazovdan Ramil Usubovun oğlunun yerinə TƏYİNAT

Raul Usubov Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Arzu Heydərov tutduğu vəzifədən azad olunaraq DİN-in Baş Cinayət Axtarış İdarəsinin (BCAİ) rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Vilayət Eyvazovun əmri ilə DİN BCAİ-nin rəis müavini, polis polkovniki Raul Usubov işdən azad olunaraq Qaradağ Rayon Mühafizə İdarəsinin rəisi təyin edilmişdi.

BakuCity.az

Vilayət Eyvazov Ramil Usubov təyinat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər