Bakı Olimpiya Stadionunda 4 oyun olacaq
Bu gün 2020-ci il futbol üzrə Avropa çempionatının (Avro-2020) Bakıda keçiriləcək oyunları ilə əlaqədar təqdimat mərasimi keçirilib.
BakuCity.az-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etməkn mümkündür. Mart ayından isə nağd satış da təşkil ediləcək.
Bildirilib ki, Bakıdakı qarşılaşmalata indiyədək 118 840 bilet satılıb. Onlardan 19 059-u Uels - İsveçrə, 32 mini Türkiyə - Uels, 30 147-si İsveçrə - Türkiyə, 37 634-ü isə 1/4 final oyununadır.
Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakı Olimpiya Stadionunda 4 oyun olacaq. İyunun 13-də A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları, həmçinin 1/4 final mərhələsinin bir oyunu keçiriləcək.
BakuCity.az