Bakıda üçbucaq formasında yeni piyada keçidi tikilir - FOTO

Bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub

Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yerüstü piyada keçidinin aşırım hisəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayadlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhər ətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdiləri inşa edilərək istifadəyə verilib. Hazırda 9 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir-neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.

2018-2019-cu illərdə tikintisi başa çatdırılmış:

• M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun km 13+700-də yerüstü piyada keçidinin tikintisi;

• M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun km 27+000-də Ceyranbatan qəsəbəsində yerüstü piyada keçidinin tikintisi;

• M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində (Hərbi komissarlığın qarşısı) yerüstü piyada keçidinin tikintisi;

• Hüseyn Cavid adına park, Elmlər Akademiyası qarşısında yeraltı piyada keçidinin tikintisi;

• M-4 Bakı Şamaxı-Yevlax avtomobil yolunun 12+800-ci km-də yüngül metal konstruksiyalı yerüstü piyada keçidinin tikintisi;

• Quba rayonunda yerüstü piyada keçidinin tikintisi;

• Ucar şəhərində yerüstü piyada keçidinin tikintisi başa çatdırılmışdır.

Hazırda tikintisi davam edən:

• Heydər Əliyev Prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin tikintisi;

• Qala-Pirallahı avtomobil yolunun km 3+600 hissəsində yerüstü piyada keçidinin tikintisi;

• Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi;

• Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;

• Mərdəkan-Zaqulba yolunda, köhnə "Mərdəkan Broyler"in yaxınlığında yerüstü piyada keçidinin tikintisi;

• M-2 Bakı-Ələt avtomobil yolunun 39-cu kilometrliyində yerüstü piyada keçidinin tikintisi;

• Hökməli dairəsində yerüstü piyada keçidinin tikintisi;

• Ceyranbatan qəsəbəsində ( 27+700 km) yerüstü piyada keçidininin tikintisi;

• Azadlıq prospekti, Baku Electronics mağazasının yanında piyada keçidinin tikintisi.

Layihələndirilən:

• Zığ yolunda yerüstü piyada keçidinin tikintisi;

• M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi) yerüstü piyada keçidinin tikintisi;

• M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində yerüstü piyada keçidinin tikintisi;

• Bakı şəhəri, Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisi;

• “Ağ Şəhər”də piyada keçidinin tikintisi;

• Bakı şəhəri, Ziya Bünyadov prospektində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında yerüstü piyada keçidinin tikintisi.

BakuCity.az

Bakı piyada keçidi tikinti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...