Bakı yollarında vəziyyət - FOTO + VİDEO

Bakı yollarında vəziyyət - FOTO + VİDEO

Sürət həddi 60 km/saatadək endirilib

Gecə saatlarından paytaxta yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb.

Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda yollarda buz bağlama halı müşahidə olunmayıb. Körpülərin üzərində və tunellərdə normal hərəkət müşahidə olunur.

Qar yağması ilə əlaqədar yalnız gecə saatlarında Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 60 km/saatadək endirilib. Lakin səhər saatlarında yenidən sürətlər bərpa olunub. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb.

Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-1 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-2 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-3 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-4 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-5 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-6 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-7 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-8 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-9 Bakı yollarında vəziyyət - FOTO + VİDEO, fotoşəkil-10

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında da deyilir ki, Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün hər hansı bir çətinlik yaratmayıb:

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb. Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb.

Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik".

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi (DYP) İdarəsi də sürücülərə və piyadalara təkrar müraciət edib:

"Son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsini, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq belə hava şəraitində nəqliyyat vasitələrini idarə etmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükün arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümükün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".

BakuCity.az

Bakı yolları hava şəraiti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər