Sərnişinlər təxliyə olunub
Bakıda iki marşrut avtobusu toqquşub.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib.
62 və 81 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar toqquşub.
Hər iki avtobusun sərnişinləri təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.