Temperatur 8 dərəcəyə yüksələcək
Fevralın 12-də Bakıda havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
BakuCity.az