Xəzərdəki bu görüntülər hər kəsi dəhşətə gətirdi - VİDEO

Xəzərdəki bu görüntülər hər kəsi dəhşətə gətirdi - VİDEO

Çiçəkləmə zamanı yosunlar suyun səthinə çıxırlar

Qazaxıstanın cənub-qərbində Xəzər dənizinin sahili qırmızı rəngə boyanıb.

BakuCity.az "Xabar24" telekanalına istinadən məlumat verir ki, bu hal Aktau sakinlərini qorxudub. Ekoloqlar isə insanları sakitləşdirərək vəziyyətin bunun qorxulu olmadığını açıqlayıblar. Onlar bildirib ki, bu, təbii hadisədir və hər il müşahidə edilir.

Mütəxəssislər Xəzərin qırmızı rəngə boyanmasının səbəbini rəngli yosunlarla əlaqələndirirlər. Belə ki, bol çiçəkləmə zamanı yosunlar suyun səthinə çıxırlar.

2017 və 2018-ci illərdə də bu halın müşahidə olunduğu bildirilir.

BakuCity.az

Xəzər dənizi sahil qırmızı yosunlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər