Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - VİDEO

Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - VİDEO

Sistem kompüterləşdirildiyindən avtomobildə təlimatçı oturmaya bilər

Sürücülük vəsiqəsi almaq istəyən şəxslərə imtahan üçün Sumqayıtda müvafiq şərait yaradılıb.

BakuCity.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsində imtahandan keçən şəxslər üçün xüsusi bağlı meydança var. Meydançada istənilən markalı nəqliyyat vasitəsi var.

Həmçinin oxu: Bakıda jurnalistləri təhqir edən, çəkilişə mane olan qadın sürücü kimdir? - VİDEO

Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Daha doğrusu, onlar həmin nəqliyyat vasitələrini də idarə etməklə yol hərəkəti qaydalarından əyani imtahan verirlər.

Gün boyu təxminən 15-20 nəfər bu avtomobillərdən istifadə edir. Avtomobili idarə etməklə imtahan verən şəxslərlə təlimatçılar arasında ünsiyyət olmur.

Təcrübi imtahan verən şəxsin yol hərəkəti ilə bağlı bütün məlumatları avtomobildə olan kompüterdə görünür. Onun imtahanı keçib-keçmədiyi də elə kompüterdə yazılır.

Qeyd edək ki, sistem kompüterləşdirildiyindən avtomobildə təlimatçı oturmaya bilər. Amma imtahan verən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimatçılar heç bir müdaxilə etmədən sürücünün yanında əyləşirlər.

BakuCity.az

sürücülük vəsiqəsi imtahan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər