5 və 6-cı dəfə deputat seçilənlər - SİYAHI

5 və 6-cı dəfə deputat seçilənlər - SİYAHI

9 deputat 6-cı dəfədir seçilib

Artıq VI çağırış üzrə Milli Məclisin tərkibi müəyyən edilib.

BakuCity.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, budəfəki tərkibdə yeni simalarla yanaşı, uzun illərdir deputat kürsüsündə əyləşənlər də az deyil. Belə ki, VI çağırış üzrə deputat seçilənlərdən 43-ü yeni sima, 82 nəfəri isə artıq bir neçə dəfə qanunverici orqanda yer alanlardır.

9 deputat – Vasif Talıbov, Eldar İbrahimov, Madər Musayev, Mixail Zabelin, Fəzail Ağamalı, Hadı Rəcəbli, İmamverdi İsmayılov, Fəttah Heydərov və Ziyafət Əsgərov artıq 6-cı dəfədir Milli Məclisdə təmsil olunmaq hüququ qazanıb.

Ən çox mandat əldə edən deputatlar:

1 saylı Şərur-Sədərək: Vasif Talıbov (YAP) 6 çağırışdır deputatdır

2 saylı Şərur: İsa Həbibbəyli (YAP) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

3 saylı Babək–Kəngərli-Naxçıvan: Səttar Möhbalıyev (partiyasız) 2, 4, 5, 6-cı çağırış (4 dəfə)

4 saylı Naxçıvan şəhər: Eldar İbrahimov (YAP) 6 çağırış

5 saylı Şahbuz-Babək: Siyavuş Novruzov (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

8 saylı Binəqədi: Azay Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

10 saylı Binəqədi: Madər Musayev (partiyasız) 6 çağırış

13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev (YAP) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

15 saylı Yasamal: Ülvi Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

20 saylı Nərimanov: Adil Əliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

21 saylı Nəsimi: Məlahət İbrahimqızı (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

22 saylı Nəsimi: Asim Mollazadə (ADİSP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

23 saylı Nəsimi-Səbail: Ziyad Səmədzadə (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

26 saylı Sabunçu: Fazil Mustafa (BQP) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

28 saylı Sabunçu: Eldar Quliyev (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

33 saylı Xətai: Hüseynbala Mirələmov (YAP) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

34 saylı Xətai: Mixail Zabelin (YAP) 6 çağırış

36 saylı Xətai: Qüdrət Həsənquliyev (BAXCP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

40 saylı Kəpəz: Musa Quliyev (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

45 saylı Abşeron: Oqtay Əsədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

47 saylı Mingəçevir: Aydın Mirzəzadə (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

49 saylı Yevlax-Mingəçevir: Əli Hüseynli (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

52 saylı Quba: Vahid Əhmədov (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

58 saylı Hacıqabul-Kürdəmir: Rafael Hüseynov (VHP) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı (AVP) 6 çağırış

61 saylı Neftçala-Sabir Rüstəmxanlı (VHP) 1, 2, 3, 4, 6-cı çağırış (5 dəfə)

69 saylı Cəlilabad-Masallı-Biləsuvar: Fəzail İbrahimli (VHP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

74 saylı Lənkəran kənd: Hadı Rəcəbli (YAP) 6 çağırış

75 saylı Lənkəran-Masallı: Cavanşir Paşazadə (YAP) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

76 saylı Lənkəran-Astara: Ziyafət Əsgərov (YAP) 6 çağırış

82 saylı Ağcabədi: Tahir Rzayev (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

83 saylı Ağcabədi-Füzuli: Aqil Abbasov (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

86 saylı İsmayıllı: Novruzəli Aslanov (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

92 saylı Zərdab-Ucar: Jalə Əliyeva (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

94 saylı Bərdə kənd: Zahid Oruc (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

105 saylı Tovuz: Qənirə Paşayeva (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

107 saylı Qazax Seçki Dairəsi: Səməd Seyidov (YAP) 2, 4, 5, 6-cı çağırış (4 dəfə)

108 saylı Ağstafa: Nizami Cəfərov (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

112 saylı Qax seçki dairəsi: Azər Kərimli (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

114 saylı Şəki kənd birinci: Əli Məsimli (partiyasız) 3, 4, 5, 6-cı çağırış (4 dəfə)

116 saylı Qəbələ: Fəttah Heydərov (partiyasız) 6 çağırış

118 saylı Ağdam şəhər: Bəxtiyar Əliyev (partiyasız) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

119 saylı Ağdam kənd: Bəxtiyar Sadıqov (YAP) 2, 4, 5, 6-cı çağırış (4 dəfə)

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov (YAP) 2, 3, 4, 5, 6-cı çağırış (5 dəfə)

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov (YAP) 6 çağırış

BakuCity.az

parlament seçkiləri nəticələr deputatlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər