Məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin FİN-i əsasında həyata keçirilməlidir
Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.
Bu barədə BakuCity.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.
BakuCity.az