Nərminə Məmmədzadə: "Yazdıqlarım sonradan gerçəkləşir, sözlərlə diqqətli olmaq lazımdır" - MÜSAHİBƏ

"Çingiz Abdullayev mənə nəsrdən ayrılmamağı məsləhət gördü"

BakuCity.az-ın “Öz hekayəni danış” rubrikasının növbəti qonağı Nərminə Məmmədzadədir. O, son dərəcə maraqlı insan, həmsöhbətdir. Uzun illərdir ki, iri neft şirkəti olan BP-də təlim mütəxəssisi kimi çalışır. N.Məmmədzadə həm də yaradıcı insandır: şeir, roman yazır, rəsm çəkir.

Bu günə qədər Nərminə yaradıcılıq yolunda çox uğurlara imza atıb: şeir və hekayələr toplusu, iki roman çap edib, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, eyni zamanda, “Qızıl Qələm” və “Mayakovski” mükafatları laureatıdır.

Gənc yazıçı müsahibədə bu işə necə başladığından danışdı.

-Yazmağanecə başladınız, sizə kimvə yanə təsiretdi?

-Böyük bir istək varsa, bir şeyin sizə təsir göstərməsi ehtimalı azdır. Uşaqlıqdan bəri yazıram, əvvəlcə şeirlər vardı və yaş artıqca nəsr də ortaya çıxdı. Bir neçə hekayə yazdıqdan sonra Yazıçılar Birliyinə Çingiz Abdullayevin yanına məsləhətləşməyə getdim. Onun “Yazmağa davam et!” deməsi yaradıcılığıma təkan oldu. Bu gözəl insana məsləhət və dəstək üçün çox minnətdaram.

İlk romanım “Taroki” təsadüfən yarandı. Hekayə həcmində kiçik bir əsər yazdım və oxuduqdan sonra qəhrəmanlarımın özləri haqqında danışacaq daha çox şeyin olduğunu başa düşdüm. Nəticədə, bir il ərzində kiçik bir əsərdən roman meydana gəldi.

- Əsasfəaliyyətinizbarədə nə deyə bilərsiniz?

- 2004-cü ildən BP-də kadr təhsili üzrə müşavirəm. Bütün bu müddət ərzində neft istehsal edən, platformalarda, boru kəmərlərində və s. çalışan əməkdaşlarla işləmişəm. Bu, olduqca maraqlı və yaradıcı bir işdir: anlamaq, müzakirə etmək və nəticədə, məsələn, elektrikə “A” dan “Z”-yə qədər getmək üçün hazır məhsulu vermək.

Belə işdə psixologiyadan baş çıxarmaq lazımdır.

- Mütləq! Məsələn, mühəndis kimi bilik əldə etmək istəyən bir mexanik gəlir və bunun üçün müvafiq təhsil almalıdır. Mənim vəzifəm bu təhsilin reallıqda ona nə verəcəyini tapmaqdır. Şirkət və işçinin maraqlarını nəzərə alaraq bütün müsbət və mənfi cəhətlərə diqqət etmək lazımdır - onlar bir xətdə birləşməlidir.

İmtina etmək çətindir, çünki çox vaxt son cavabı mən verməliyəm. Cavab mənfidirsə, bunu elə deməlisiniz ki, insanın inkişaf üçün motivasiyası pozulmasın.

- Əsərinizinsanlarlaəlaqədardır, bu, biryazıçı üçünyaxşıdır, ammamənə elə gəldiki, əsərlərinizinqəhrəmanları tənhalıqhissinə qapılırlar. Onları niyə belə təsviredirsiniz?

- Əslində, bütün insanlar tənhadırlar. Şəxsən ailədə yeganə uşaq olduğuma baxmayaraq,məni tənhalıq izləməyib. Heç vaxt özümlə darıxmamışam. Həmişə məşğul olmaq üçün nəsə olub. Yazıram, rəsm çəkə bilirəm, xəyal qururam, sadəcə gəzirəm vəduyğulardan ilham alıram. Darıxmayacağınız ilk insan elə özünüzsünüz, əks halda, başqaları üçün də maraqlı olmayacaqsınız.

Bütün qəhrəmanlarım təklikdən yox, burada niyə olduqlarını dərk edə bilməmələrindən əziyyət çəkirlər. İki sual var: “Mən kiməm?” və “Mən nəyəm?” İkinci suala cavab vermək daha çətindir. Əslində, bir insan bu boşluğu doldurmaq üçün öz tayını axtarır, amma bu boşluğu başqa bir adamla doldurmaq olmur, o, yalnız sizindir və yalnız özünüzlə doldura bilərsiniz.

- Hansı janrda işləməyi üstünlük verirsiniz?

-Yəqin ki, bir qədər fantastik. Bəlkə də bir neçə ildən sonra bu, artıq fantastika olmayacaq. "Taroki" romanının qəhrəmanı Klaranın maye corabdan necə istifadə etdiyini təsvir etdiyim zaman bu, həqiqətən də ağlıma gəlmişdi. Bəlkə də onlar artıq var idi, amma bu barədə məlumatım yox idi. Bir il sonra belə bir şeyin mövcud olduğunu öyrəndim: xüsusi bir spreyin köməyi ilə ayağa corab effekti yaradaraq xüsusi maye vurulur.

Bəzən bir şey təsvir edirik və bu, sonradan meydana çıxır, çünki dünya dayanmır, hər şey dəyişir.

-Yazıçı və şairlərdə gələcəyigörməkqabiliyyətininolması fikriilə razısınız?

-İncildə deyilir: "Əvvəlcə Sözvardı, SözAllahlaidi, Sözdə Allahidi". SözAllahdangəlir! Sözlərlə diqqətlioluram, baş verməsiniistədiyimiyazmağa çalışıram. Çünki çox vaxt təsvir etdiklərim həyata keçir. Bunu “gələcəyi görmə” adlandırmazdım, yalnız sözünüzlə müəyyən bir enerji yaradırsınız.

-Əsərlərinizin ekranlaşmasını görmək istərdinizmi, yoxsa məyus olmaqdan qorxursunuz? Axı, çox vaxt yazıçılar öz romanları əsasında çəkilən filmləri bəyənmirlər.

-Mən məyus olmaqdan qorxmuram. Bu, başqa bir həyat hekayəsi kimi normal hissdir. Bunu yaşadın, davam et.

Əlbəttə kiromanlarımınekranhəllinigörməkistərdimammaAzərbaycandabunugörmürəm.  İndi Tarokiromanını ingilisdilinə tərcümə edirəkixaricdə yayımlayım. Bəlkə də bundan sonra nəsə oldu.

- Yeni bir roman üzərində işləyirsiniz?

Bəli. Əvvəlkilərdən tamamilə fərqli bir iş olacaq. Bu, üç qadının və bir qətlin hekayəsidir. Necə bitəcəyini bilmirəm. İndi həm də diplom işi üzərində işləyirəm, Böyük Britaniyanın CIPD - Kadrların İnkişafı İnstitutunda distant təhsil alıram, buna görə də roman yazmağa həmişə vaxtım olmur.

- XalqartistiFaiqAğayevlə uzunzamandırdostsunuz. Maraqlı ortaqlayihələrvarmı?

- FaiqAgayevmənim şeirlərimidiqqətlə və səliqəli şəkildə oxuyur. Bu mövzuda tez-tez müzakirə edirik. O, ruhuna yaxın olan şeirləri seçir.

Şeirlərinizə mahnılar bəstələnirmi?

- Xeyr. Şeirlərim mahnı üçün deyil, onları belə bir interpretasiyada görmürəm. Bunu etmək üçün müəyyən bir motivə, daha yüngül bir ifadə tərzinə ehtiyac var. Buna görə də mahnıları şeirdən daha asan yadda saxlamaq olur.

Tandemə gəlincə, mən onun kliplərindən birində baş rol oynamışam. O, ikinci romanım olan  "Dourun yeddinci kuklası" əsərini redaktə edib.

Züleyxaİsmayılova

Baku City.az

Nərminə Məmmədzadə yazıçı müsahibə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az