Özünüməşğulluq proqramına 1122 nəfər cəlb edilib

Özünüməşğulluq proqramına 1122 nəfər cəlb edilib

Bbiznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2020-ci il üzrə özünüməşğulluq proqramına artıq 1122 nəfər cəlb edilib. 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, həmin şəxslər üçün üçün artıq 45 rayonda təlimlər keçirilir. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir. 

Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Bu qiymətləndirmədən keçən şəxslər təqdim etdikləri biznes-plana uyğun mal və materiallarla təmin ediləcəklər.

Özünüməşğulluq proqramına 1122 nəfər cəlb edilib, fotoşəkil-1

BakuCity.az

sosial müdafiə özünüməşğulluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər