2 min işsizdən 3 milyon alıb aradan çıxan biznes ledinin FIRILDAQ SXEMİ - VİDEO

"3-4 aydır bizi aldadır. Hər ay deyir ki, gələn ay maaş olacaq"

İşə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin fırıldaq sxemi bir neçə ili və fərqli 3 şirkəti əhatə edir.

BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda soyadı Həsənovadan Süleymanzadəyə dəyişdirilən Mətanət Zahir qızı haqqında 2016 və 2019-cu illərdə yazılar dərc edilib.

“Yeni Müsavat”ın 17.04.2016-cı il tarixli sayında “Bakıda vətəndaşları aldadan fırıldaqçı qadınların əməlləri: milyonlar necə ələ keçirildi?” sərlövhəli yazıda Mətanət Həsənovanın 1200 nəfərə yaxın vətəndaşı aldadaraq 2 milyon 800 min manata qədər pul almasından söhbət açılırdı.

Vətəndaşlar demişdilər ki, onlardan pul aşağıda qeyd olunan sxem üzrə alınıb:

“Topstaff LTD” şirkəti 2008-ci ildə yaradılıb. Şirkətin yaradılmasının məqsədi neft-qaz, həmçinin tikinti şirkətlərini avadanlıqlarla təmin etmək olub. Lakin 2015-ci ildən şirkət fəaliyyət istiqamətini dəyişməyə başlayıb. Elə bu müddətdən sonra şirkətdən şikayətçi olanların sayı hər gün artmağa başlayıb. 2015-ci ildən şirkətə cəlb olunan şəxslərə vəd edilib ki, treninqlər keçdikdən sonra onlar SOCAR, BP, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy Group”a işə düzəldiləcəklər. Pul adlıqları şəxsləri bu şirkətlərə qaynaqçı, mexanik, elektrik, rəngsaz və s. kimi işlərə düzəldəcəklərini deyiblər. Lakin sonradan bu vədlərin heç birinə əməl olunmayıb.

“Topstaff LTD”nin Bakıda “Caspian Plaza” və “ISR Plaza”da ofisləri olub. Bakı və Sumqayıt şəhərlərində, Qaradağ rayonunda treninq mərkəzləri açaraq gördükləri işlərin inandırıcı olduğunu göstərməyə çalışıblar. Vətəndaşları Bakıdakı neft şirkətlərinə işə düzəldəcəkləri adı ilə onlardan 10-15 min manata qədər pul alıblar.

Əvvəlcə pul aldıqları şəxsləri treninqlərə göndərən fırıldaqçı şəbəkə daha sonra onları işlə təmin edəcəklərini deyiblər. Lakin treninq müddəti başa çatdıqdan sonra müxtəlif bəhanələrlə vətəndaşları get-gələ salmağa başlayıblar. Treninqlər başa çatdıqdan sonra vədlər verməyə başlayıblar ki, guya yeni layihələr həyata keçiriləcək və buna görə bir müddət gözləmək lazımdır. Bu müddət ərzində insanları razı salmaq üçün onlara aylıq 200-300 manat maaş da verilib. Lakin 2016-cı ilin əvvəlindən şikayətçilərin sayı artdıqdan sonra bu şəbəkəyə pul verənlər aldadıqlarını başa düşüblər".

“Bakıda növbəti böyük fırıldaq - işə düzəlmək istədilər, işə düşdülər - təfərrüat” sərlövhəli yazı isə “Yeni Müsavat”ın 05.08.2019-cu il tarixli sayında dərc olunub. Həmin yazıda da M.Həsənovanın eyni mahiyyətli əməllərindən söhbət açılırdı.

Şirvan şəhər sakini Bəxtiyar Məmmədov demişdi ki, M.Həsənovanın onun kimi aldatdığı 500-ə yaxın vətəndaş var:

“Bizi inandırmaq üçün Balaxanıdakı maşınqayırma zavodunda 20-25 gün təlim keçib. 3-4 aydır ki, bizi aldadır. Hər ay deyir ki, gələn ay maaş olacaq. Məni elektrik işinə götürəcəkdi. Guya Mətanət Zahir qızı Həsənovanın ”Makstaff" şirkəti məni Bakı Gəmiqayırma Zavoduna elektrik vəzifəsinə işə düzəldəcəkdi. Bizə "e-gov" saytından çıxarılmış, işçi olmağımız barədə arayışlar da verib. Sonradan bilmişik ki, faktiki "e-gov"da barəmizdə heç bir məlumat yoxdur. İndi də deyir ki, gedin, kimə istəyirsiniz deyin".

“Mətanət Zahir qızı Həsənova bizi ”Makstaff" şirkətinə işə götürəcəyi adı ilə aldadıb. Sonra da şirkətin adını dəyişib “Makmerri” elədi. Özü yazır, özü pozur. Bəxtiyar Məmmədov Mətanət Həsənovanın onları aldadandan sonra şirkətin adını dəyişdirdiyini söyləsə də, soyadının dəyişdirilməsi haqqında hər hansı bir məlumat verməmişdi.

Elə adam var ondan 300, eləsi var 50, bir çoxundan da 1000 manat pul alıb. Elə adamlar da var ki, onlardan 10 min manata qədər pul alıb ki, işə düzəldirəm. Hazırda ofisi Bakının Nizami rayonunda, Əlyar Əliyev, 69 ünvanında, Keşlə bazarına yaxın “Fidan” gözəllik salonunun üstündə yerləşir".

Yayılan məlumatlardan belə aydın olur ki, M.Həsənova, hazırda isə Mətanət Süleymanzadə soyadlı bir qadın ölkədə 2 mindən çox vətəndaşın işə qəbul olunmaq istəyini bu şəkildə özünün biznesinə çevirib. Son nəticə olaraq işsizlərin pulu da gedib, işə düzəlmək arzuları da reallaşmayıb. Ortada qazanan Mətanət Zahir qızı, itirən isə 2 mindən artıq vətəndaş olub. Onu da qeyd edək ki, hər dəfə Mətanət Zahir qızının saxlanılması xəbərindən sonra onun azad edilməsi xəbəri də gəlir. Milyonçu xanımın azad edilməsinin səbəbi haqqında isə ictimaiyyətə hər hansı bir açıqlama verilmir.

Baku.ws xəbər verir ki, saxlanıldığı barədə xəbər yayılan “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin əməllərindən əziyyət çəkənlər ATV-nin "BizimləSən" proqramına müraciət ediblər. Verilişə gələnlər işə düzəlmək üçün ona böyük məbləğdə pul ödədiklərini bildiriblər. Onların sözlərinə görə, "Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri insanları işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyib. M.Süleymanzadə insanları "Azfen", "Tekfen", BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər dələduza rast gəldiklərini yalnız ofis bağlandıqdan sonra tam anladıqlarını deyirlər. 

Onlar qadını güdərək yaxalayıblar və pullarını tələb ediblər. Verilişə təqdim edilən videoda Mətanətin pulunu tələb edən insanlara "xahiş edirəm, birinci günə qədər dözün" deyərək vaxt istəməsini eşidirik. Lakin qurbanlar onun bu sözünə inanmayaraq polis çağırıblar. Mətanət Süleymanzadə 17-ci Polis bölməsinə aparılıb. Onlarla insan DİN-in 102 "qaynar xətt"inə və polisə şikayət ediblər.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin dələduzluğa görə saxlanılması ilə bağlı məlumatlara münasibət bildirib.

BŞBPİ-in Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, vətəndaşlardan daxil olan müraciətlər üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır

"Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək. Hazırda Mətanət Süleymanzadə saxlanılmayıb".

BakuCity.az

biznes ledi mənimsəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...