Daha bir şəhərdə "ASAN xidmət" açıldı

Daha bir şəhərdə "ASAN xidmət" açıldı

İlham Əliyev “ASAN könüllüləri” ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı mərkəzin açılışını bildirən düyməni basdı.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Sonra Prezident İlham Əliyev “ASAN könüllüləri” ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Qeyd edək ki, hazırda 5-i Bakıda olmaqla 18 "ASAN xidmət", 2 "ASAN kommunal" mərkəzləri fəaliyyət göstərir. 

BakuCity.az

İlham Əliyev ASAN xidmət Kürdəmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər