Müraciətə baxılıb
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, “D 18” təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.
BŞİH-dən BakuCity.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.
Qeyd edək ki, Müsavat, REAL partiyaları, “D 18” təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-ə müraciət etmişdi.
BakuCity.az