“Bandotdel"dən Gülər Əhmədovanın oğluna qarşı xüsusi əməliyyat - FOTO

“Bandotdel"dən Gülər Əhmədovanın oğluna qarşı xüsusi əməliyyat - FOTO

Cinayət işi açılıb

Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Baku.ws-ə bildirilib ki, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini T.Əhmədovun idarə etdiyi BMW markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, saxlanılan 1987-ci il təvəllüdlü Toğrul Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

“Bandotdel"dən Gülər Əhmədovanın oğluna qarşı xüsusi əməliyyat - FOTO, fotoşəkil-1 “Bandotdel"dən Gülər Əhmədovanın oğluna qarşı xüsusi əməliyyat - FOTO, fotoşəkil-2 “Bandotdel"dən Gülər Əhmədovanın oğluna qarşı xüsusi əməliyyat - FOTO, fotoşəkil-3

BakuCity.az

əməliyyat Gülər Əhmədova
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər