Bakının ən yaxşı kinoteatrı hansıdır? - XİDMƏT və QİYMƏTLƏR

Paytaxt kinoteatrlarında səmərəli asudə vaxt

Paytaxt sakinləri arasında gündəlik iş saatlarından və ya gərgin iş həftəsindən sonra, həmçinin həftəsonları baş-başa və dostlarla birlikdə istirahət etmək məqsədilə kinoteatrlara üz tutanların sayı çox olmasa da, bu mədəniyyəti qoruyub saxlayanlar həmişə var.

BakuCity.az filmlərə məhz böyük ekranda baxmağı sevənlər üçün Bakının ən məşhur kinoteatrlarında təklif olunan xidmətlər və qiymətlərlə maraqlanıb.

“Nizami” Kino Mərkəzi

Bu il 80 yaşını qeyd edən “Nizami” Kino Mərkəzi Azərbaycanın ilk kinoteatrıdır və tutumuna görə ölkədə ən böyük kinoteatrdır. Ümumilikdə beş zalı olan mərkəzin ən böyük zalı 500, digər iki zal 80 və 50, VİP zonası isə (profilaktika işlərindən sonra yenidən tamaşaçıların ixtiyarına veriləcək) 24 yerlikdir. Beşincisi isə rəsmi tədbirlər üçün nəzərdə tutulan konfrans zalıdır.

“Nizami” Kino Mərkəzinin böyük zalında “Dolby Digital” 7+1 akustik sistemi, Almaniya və Yaponiyadan gətirilən avadanlıqlar tamaşaçılara imkan verir ki, özlərini ekranda baş verənlərin mərkəzində hiss etsinlər.

Kinoteatrın birinci mərtəbəsində yerləşən ikinci zalda uzunluğu 6 metr, eni 2.5 metr, üçüncü zalda isə uzunluğu 5.7 metr, eni 2.2 metr olan ekran var. Hər üç zal “Dolby Digital” 7+1 akustik sistemi ilə təchiz olunub və zallarda 3D formatlı filmləri izləmək üçün avadanlıqlar quraşdırılıb.

Biletin qiymətləri filmin formatından və seansın saatından asılıdır. Axşam seansları gündüz seanslarına nisbətən bahalıdır. Həmçinin 3D filmlərin qiyməti digər filmlərin qiymətindən fərqlənir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Azərbaycanın ən boyük Ticarət mərkəzləri olan “Gənclik Mall”, “28 Mall” və “Amburan Mall” ticarət mərkəzlərində, Fəvvarələr meydanında yerləşən “Azərbaycan” kinoteatrında, Sumqayıtda “Nizami”, Gəncədə “Xəmsə” və “Gəncə Mall” ticarət mərkəzlərində yerləşir.

“CinemaPlus” kinoteatrlarının sadə zalları 60-276, platinum zallar isə 16-32 nəfərlikdir.

“Platinum” – premium sinfindən olan kinozaldır. Bu zal tamaşaçılara özlərini maksimum rahat hiss etmək və təsvirin yüksək keyfiyyətindən həzz almaq imkanı yaradır.
Zalın funksional fərqi və üstünlüyü isə özəl xidmətdir – oturacaqların panelində yerləşən düymə tamaşaçıya kinoseans zamanı xidmət təmsilçisini çağırıb qida və içkilər sifariş etmək imkanı yaradır.

“USB Charge” – kino izləyərkən mobil telefonları kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyanla yükləmək imkanı var.

“WiFi” – “Platinum” zalın tamaşaçıları bəzən film izləyərkən də iş barədə düşünürlər. Onlar üçün zalda internet xidməti var. Zal 3D kontenti nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və yüksək keyfiyyətli kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və “Enhanced 4K Barco” dəqiq təsvirinə malikdir. Bütün bunlar kinofilmləri ən yaxşı keyfiyyətdə nümayiş etdirmək imkanı yaradır.

“CinemaPlus” Azərbaycanda ilk dəfə “Dolby Atmos” texnologiyasını tətbiq edib. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına “Dolby Digital Atmos” film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmağa şərait yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

“CinemaPlus”un növbəti filialı isə Xəzərin sahilində - “Dəniz Mall” ticarət mərkəzində, ən son 4DX texnologiyası ilə fəaliyyətə başlayacaq.

Kinoteatr 11 zaldan və 1165 oturacaq yerindən ibarətdir. 

Hazırda “CinemaPlus” kinoteatrlar şəbəkəsində ümumilikdə 7 kinoteatr, 33 ekran və 3638 oturacağı olan zallar daxildir.

“Park Cinema” kinoteatrlar şəbəkəsi

“Park Cinema” kinoteatrlar şəbəkəsi Bakının ən məşhur yerlərində – “ Park Bulvar”, “MetroPark”, “Park Zagulba AVM” və “Flame Towers” ticarət mərkəzlərində yerləşir.

Kinoteatrın VİP zalları 25, sadə zalları (IMAX) isə 290 nəfərlik tutuma malikdir. VİP salon film izləmək, tərəfdaş restoranlardan yemək və içki sifariş etmək imkanı verir, tənzimlənə bilən və rahat oturacaqları var.

Kinoteatr Azərbaycanda “IMAX” formatının yeganə nümayəndəsidir. Şəbəkənin repertuarına festival filmləri və arthaus”dan başqa ən məşhur premyeralar daxildir.

Hər il “Park Cinema”da kinofestivallar keçirilir, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. 

“Aygün Cinema”

“Aygün Mall” (Bakıxanov qəsəbəsi, Gənclik küç., 29) Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yerləşən “Aygün Cinema”nın 7 zalı, 395 oturacağı var. Yüksək səviyyəli kreslolarla təchiz olunan 5 zalda 2D, digər 2 zalda isə 2 və 3D formatlarında ən son filmlər nümayiş olunur.

Kinoteatr dünyanın ən yaxşı görüntü aparatları olan JBL 7+1 səs sisteminə malikdir. Hər zalda xüsusi gümüş pərdə ilə 2K və 4K görünüş keyfiyyəti ilə film izləmə imkanı var.  

Qiymət cədvəli:

Kinoteatrlar

Qiymətlər

Nizami kino Mərkəzi

5-9 manat arasında


CinemaPlus

3-9 manat arasında

Dolby Atmos - 10 AZN

Platinum - 30 AZN

ParkCinema

3.30 - 25 manat arasında

Aygün Cinema

10:00-dan 17:00-dək 4 AZN (3D filmlər də daxildir)

17:00-dan axırıncı seansa qədər 5 AZN (3D filmlər də daxildir)

Xoş seyrlər!

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı kinoteatr xidmət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tanınmış müğənni Nura Suri özünə yeni iş tapıb. BakuCity.az xəbər verir ki, müğəni tikinti şirkətlərindən birinin reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Nura Suri bir müddət əvvəl özünə yeni iş axtardığını demişdi. "Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil", - deyə məşhur müğənni bildirmişdi. (azxeber.com) BakuCity.az
Mədəniyyət
“Mənəviyat Carçısı” adlı sənədli filmin çəkilişləri uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il üçün elan etdiyi I qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin layihəsinə əsasən Şuranın maliyyə dəstəyi ilə “VətənTV” Media Şirkətində istehsal olunacaq “Mənəviyyat  Carçısı” adlı sənədli filmin çəkilişləri davam edir. BakuCity...
Biznes
AQTA ictimai iaşə obyektlərinin əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl etməli olduqları qaydalarla bağlı növbəti dəfə açıqlama yayıb. BakuCity.az AQTA-ya istinadən qaydaları təqdim edir: • Hər bir şəxs ictimai iaşə müəssisələrinə daxil...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, o...
Cəmiyyət
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq edilib. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri...
Cəmiyyət
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir. BakuCity.az koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir: 1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur...
Ekologiya
Bakıda 12 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24, gündüz  28-32,  Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70,...
Cəmiyyət
Azərbaycanda tanınmış aparıcıya vəzifə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə Murad Həşimov təyin olunub. BakuCity.az xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. M.Həşimov daha əvvəl “Mədəniyyət” kanalında “Xəbərlər”, “İnterAz” televiziyasında “Səhər xəbərləri” proqramlarının, “Araz” FM radiosunda “Səhər” b...
Cəmiyyət
Paytaxtda nəzarət-profilaktiki reydlər keçirilir. Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və DQ-nin hərbi qulluqçuları fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirilir. BakuCity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən verilən məlumata görə, polis və DQ-nin naryad q...