İlham Əliyev: Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq

"Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib"

Seçkilərdə pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmirdə ASAN könüllüləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib: "Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu".

İlham Əliyev vurğulayıb ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi:

"Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, - hansı ki, bizə həmişə qərəzli yanaşır, - hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə".

Prezident əlavə edib ki, ona görə seçki prosesi bütün demokratik meyarlara cavab vermişdir:

"Heç kim deyə bilməz ki, seçki prosesində hər hansı pozuntular olub. Hesab edirəm ki, səsvermə günü də seçkilər çox müsbət şəkildə keçirildi və əgər pozuntular olubsa, bir daha demək istəyirəm ki, bu pozuntular araşdırılacaq. Bilirəm ki, Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin. Buna qətiyyən ehtiyac yoxdur. Çünki bu gün, tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər onu bir daha göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir. İslahatların növbəti mərhələsi 2018-ci ildə başlamışdır. Prezident seçkilərindən sonra mənim tərəfimdən elan edilmişdi ki, biz yeni dövrə qədəm qoyuruq. Bu istiqamətdə ardıcıl olaraq fəaliyyətimiz davam etdirildi və qeyd etdiyim məsələlər də bunun sübutudur".

BakuCity.az

İlham Əliyev seçkilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...